Ruhani:
Ruhani Makronla nüvə anlaşmasını müzakirə edib
İran İslam Respublikası prezidenti nüvə anlaşmasını BMT Təhlükəsizlik Şurasının 2231 saylı qətnaməsi ilə təsdiqlənmiş və müəyyən tərəflərlə əldə edilmiş çoxtərəfli və beynəlxalq bir anlaşma kimi dəyərləndirib və deyib: "Bu anlaşma yenidən müzakirə edilə bilməz və onun qorunması və canlandırılmasının yeganə yolu ABŞ tərəfindən sanksiyaların ləğvidir".
SəhərAzəri xəbər verir, Həsən Ruhani martın 3-də Fransa prezidenti Emmanuel Makron ilə baş tutan telefon danışığında nüvə anlaşmasını qorumaq və canlandırmaq üçün fürsətlərin itirilməsinin, vəziyyəti daha da çətinləşdirə biləcəyini vurğulayaraq, əlavə edib: "İran tərəfindən öhdəliklərin tədricən dazaldılmasının səbəbi ABŞ-ın Əhatəli Müştərək Təşəbbüs Proqramından çıxması və 3 Avropa ölkəsinin öhdəliklərini yerinə yetirməkdən aciz qalması idi. Qarşı tərəflər öhdəliklərinə sadiq qaldıqda bunlar dərhal geri qaytarıla bilər".
Ruhani İran tərəfindən Əlavə Protokolun könüllü tətbiqinin dayandırılmasını İslam Şurası Məclisinin təsdiqlənmiş qanun çərçivəsində olduğunu bildirərək, deyib: "Beynəlxalq Atom Enerjisi Agentliyi ilə əməkdaşlığımız davam edir və biz heç vaxt nüvə anlaşmasından çıxmamışıq".
İran İslam Respublikası prezidenti AEBA-nın Direktorlar Şurasında hər hansı bir qeyri-konstruktiv hərəkət və ya mövqeyin yeni çağırışlara səbəb ola biləcəyini və mövcud vəziyyəti çətinləşdirə biləcəyini vurğulayıb.
Ruhani, Fransanı əhəmiyyətli bir oyunçu adlandırıb və deyib: "Tehran-Paris münasibətləri davamlı bir baxış əsasında və ikitərəfli, regional və qlobal əməkdaşlıq üçün uzunmüddətli hədəflərlə inkişaf etdirilə bilər."
İran və Fransa da daxil olmaqla dünyanın müxtəlif ölkələrində görülən koronavirus pandemiyasına toxunan Ruhani, koronavirusla effektiv şəkildə mübarizə aparmaq üçün bütün dünya ölkələrinin əməkdaşlığına ehtiyac olduğunun bəyan edərək, əlavə edib:" ABŞ-ın qanunsuz və zalımcasına sanksiyaları İran üçün koronavirusla mübarizəni çətinləşdirir və İran, hətta dərman və tibbi ləvazimatın təmini üçün öz maliyyə mənbələrindən istifadə edə bilmir, Avropa İttifaqından və xüsusilədə Fransadan bu qeyri-insani hərəkət qarşısında səssiz qalmaması gözlənilir".
Fransa prezidenti də bu telefon danışığında nüvə anlaşmasının qorunmasını beynəlxalq ictimaiyyət üçün bir zərurət adlandırıb və bütün tərəflərin nüvə anlaşması üzərindəki öhdəliklərinin tam yerinə yetirilməsinə qayıtması üçün davamlı dialoqun zəruriliyini vurğulayıb.
Emmanuel Makron ilkin addımlar üçün hər iki tərəfin hərəkətə keçməli olduğunu diqqətə çatdırıb və deyib: "Avropa qarşıdakı həftələrdə nüvə anlaşmasının bərpası üçün daha aktiv olmağa hazırdır".