Mart 04, 2021 14:12 Asia/Baku
  • AEBA siyasi oyunbazlıq yeri deyil

İran prezidenti üç Avropa ölkəsinin MAQATE-nin direktorlar şurasına anti-İran qətnaməsi təqdim etmək üzrə hərəkətinə işarə ilə vurğulayıb: Üç Avropa ölkəsi anlasın ki, agentlik siyasi oyunbazlıq yeri deyildir.

SəhərAzəri xəbər verir, Həsən Ruhani bu gün İranın Daxili İşlər Nazirliyinin milli layihələrinin istifadəyə verilməsi mərasimində, nüvə anlaşmasına üzv üç Avropa ölkəsinin Atom Enerjisi üzrə Beynəlxalq Agentlikdəki son hərəkətinə işarə ilə deyib: Agentliyin başçıları bilirlər ki, bu müddətdə yaxşı həmkarlıq etmişik.

İran prezidenti agentliyin hesabatlarının da İranın həmkarlıqlarını təsdiq etdyini bildirərək, söyləyib: Avropa ölkələri dostluq iddiası edirlər, amma direktorlar şurasında bir layihəni həyata keçirmək ardıncadırlar.

Ruhani həmçinin deyib: Bu üç Avropa ölkəsi və agentlik münasibətləri pozmasınlar.

İran prezidenti agentliyin işinin texniki olduğunu vurğulayaraq, deyib: Elə bu son həftələrdə agentliklə çox yaxşı bir razılığa gəldik; qoyun, bu razılaşma davam etsin.

Ruhani həmçinin amerikalılara xitabən deyib: Tam üç il Amerikanın hökuməti və onun terrorçu hərəkətlərinin qarşısında müqavimət göstərdik. Onlar hətta koronavirus dövründə də öz insani borclarına əməl etmədilər.

İran prezidenti deyib ki, Amerikanın qabaqkı hökuməti tarixdə İran xalqının və digər dünya xalqlarının qarşısında xəcalətli olmalıdır.

Ruhani sonra söyləyib: Amerika nüvə anlaşmasının içinə qayıtmaq üçün əvvəl İrana kompensasiya ödəməlidir, çünki İrana birbaşa şəkildə 200 milyard dollardan çox zərər vurubdur.

İran prezidenti vurğulayıb: Əgər bir iş təxirə düşərsə, onda birbaşa şəkildə məsuliyyət daşıyacaq tərəf, Amerika olacaq və İran sanksiyaların götürülcəyi zaman, heç bir istisna olmadan bütün öhdəliklərini yerinə yetirəcəyinə hazır olduğunu elan edibdir.

Teqlər