İran boksçuları Azərbaycan millisi ilə birgə hazırlıq keçib
Mart 04, 2021 19:43 Asia/Baku
Polşada keçiriləcək boks üzrə gənclərin 2021-ci il dünya çempionatına hazırlıqlar çərçivəsində İran yığması fevralın 13-dən Tehranda beşinci təlim-məşq düşərgəsini təşkil edib.
SəhərAzəri xəbər verir, düşərgənin davamında İran boksçuları fevralın 24-dən Azərbaycan Respublikasının idmançıları ilə birlikdə məşqləri davam etdiriblər və nəhayət bu gün beşinci təlim düşərgəsinin son günü olaraq, bu Avropa komandası ilə hazırlıq matçı keçiriblər.
Hazırlıq matçı bu gün günortadan sonra Tehranın İnqilab İdman Kompleksinin Natiq Nuri adına zalında baş tutub.