Mart 06, 2021 14:35 Asia/Baku
  • Üçlü ada, İranın ayrılmaz hissəsidir!

İran Xarici İşlər Nazirliyinin sözçüsü Ərəb Liqasının xarici işlər nazirləri iclasının yekun bəyanatını rədd edib

SəhərAzəri xəbər verir ki, Səid Xətibzadə vurğulayıb ki, üçlü ada, İran ərazisinin ayrılmaz hissəsidir.

Xətibzadə/ nağılbazlıqla İran İslam Respublikasına qarşı əsassız iddia və ittihamlar irəli sürən, saxta dördtərəfli komitənin və Ərəb Liqasının xarici işlər nazirləri iclasının yekun bəyanatına reaksiyada vurğulayıb: Təəssüf doğurucu haldır ki, bəzi ərəb ölkələri ərəb dünyasını bürümüş əsas problemlrlə məşğul olmaq yerinə, xəyali bir düşmən düzəltməklə ümumi fikri özlərinin şər və təxribatçı hərəkətlərindən yayındırmaq niyyətindədirlər.

İrana vurulan bütün ittihamları qətiyyətlə rədd edən İran İslam Respublikası Xarici İşlər Nazirliyinin mətbuat katibi belə qeyd edib: Altı il ərzində dağıdıcı təcavüzlərinin Yəmən ölkəsində yaşayışa lazım olan ibtidai infrastrukturları viran etməsindən əlavə, milyonlarla insanın ac qalmasına, yoxsul vəziyyətə düşməsinə, xəstəliyi və didərginliyinə bais olan və əlləri günahsız xalqın qanına boyanan ölkələr əsassız iddialarla cinayətlərin məsuliyyətini öz üzərlərindən atmağa can atırlar.

Xətibzadə sonra deyib: Üçlü İran adaları barədəki nəticəsiz iddianın təkrar olunmasının mövcud tarixi və coğrafi gerçəkliklər üzərində heç bir təsiri olmayıb və olmayacaqdır və bu adalar İranın ayrılmaz hissəsidir.

Ərəb liqası şurasına üzv ərəb ölkələrinin xarici işlər nazirləri ötən çərşənbə günü bu şuranın Qahirədə keçirilən 155-ci iclasında İranın Fars Körfəzində yerləşən Əbu-Musa, Böyük Tonb və Kiçik Tonb adaları barədəki iddialarını təkrar edərək, əmirliklərin bu adalar üzərində hakimiyyətini iddia ediblər.

Teqlər