Mart 07, 2021 17:28 Asia/Baku
  • Zərif İrlandiyalı həmkarı ilə görüşüb; ikitərəfli və beynəlxalq məsələlər müzakirə edilib

İran Xarici İşlər naziri Məhəmməd Cavad Zərif və İrlandiyalı həmkarı Simon Kavouni bazar günü Xarici İşlər Nazirliyində görüşüblər.

SəhərAzəri xəbər verir ki,  Zəriflə İrlandiya Xarici İşlər Naziri arasındakı görüşdə tərəflər Əhatəli Müştərək Təşəbbüs Proqramı haqda danışıqlar apararaq son beynəlxalq inkişafları da müzakirə ediblər.

İclasda İran xarici işlər nazirinin müavini Seyid Abbas İraqçi həmçinin İran diplomasiya İdarəsinin mətbuat katibi Səid Xətibzadə də iştirak ediblər.

İrlandiya xarici işlər naziri Şənbə günü Xarici İşlər Nazirliyinin veb saytında yayımlanan açıqlamasında bu səfərin keçən həftə, səlahiyyətli nümayəndənin yerləşdirilməsi və İrlandiyanın Tehrandakı səfirliyini 2023-cü ilə qədər yenidən açılması qərarı ilə baş tutduğunu söyləyib.

Cavoninin sözlərinə görə, İrlandiya BMT Təhlükəsizlik Şurasının 2231 saylı qətnaməsinin (ƏMTP-nın təsdiqlənməsində) vasitəçisi seçilib.

 

Teqlər