İran Avrasiya İqtisadi Birliyinə üzv ölkələrin imkanlarından istifadə etməlidir
İran İslam Şurası Məclisinin İqtisadi Komissiyasının üzvü, iqtisadi inkişaf üçün Avrasiya İqtisadi Birliyinə üzv ölkələrin imkanlarından istifadənin zəruriliyini vurğulayıb.
SəhərAzəri xəbər verir ki, İran İslam Şurası Məclisinin İqtisadi Komissiyasının üzvü Əsğər Səlimi "Xaneye Mellət" xəbər agentliyi ilə müsahibədə deyib: "ABŞ və Avropa ölkələrinin nüvə anlaşması üzərindəki öhdəliklərinə sadiq qalmadıqları və İranın azad ticarətinə mane olduqları bir halda, ölkəmizin iqtisadi inkişafı üçün Avrasiya İqtisadi Birliyinə üzv ölkələrin imkanlarından istifadə zəruridir".
Əsğər Səlimi əlavə edib: "ABŞ-ın nüvə anlaşmasından çıxması və Avropa ölkələrinin öhdəliklərini yerinə yetirməməsi İran İslam Respublikasını digər ölkələr vasitəsilə ticarəti davam etdirməyə məcbur etdi".
İran İslam Şurası Məclisinin İqtisadi Komissiyasının üzvü Avrasiya İqtisadi Birliyinə üzv ölkələrlə ticarəti əhəmiyyətli qiymətləndirib və əlavə edib: "Bu birlik ABŞ-la qarşıdurması səbəbindən xarici siyasətini onlardan müstəqil olaraq, müəyyənləşdirməyə çalışır və buna görə də, İranla əlaqələrini gücləndirir.
Avrasiyanın ilk xüsusi sərgisi mayın 18-dən 21-dək, İran, Rusiya, Belarus, Ermənistan, Qazaxıstan və Qırğızıstanın iştirakı ilə Tehranda beynəlxalq sərgilərin keçirildiyi daimi məkanda keçiriləcək.