Mart 09, 2021 16:49 Asia/Baku
  • İnqilab Rəhbəri Məbəs bayaramı münasibətilə televiziya ilə çıxış edəcəklər

İslam İnqilabının Böyük Rəhbəri Məbəs bayaramı münasibətilə çıxış edəcəklər.

SəhərAzəri xəbər verir, Həzrət Ayətullahuluzma Xamenei cümə axşamı günü, martın on biri, rəcəb ayının 27-də Məbəs bayaramı münasibətilə medialar vasitəsilə canlı şəkildə çıxış edəcəklər.

Bu çıxış Tehran vaxtı ilə cümə axşamı günü, saat on-otuz dəqiqədə canlı surətdə İran İslam Respublikasının televiziya və radio kanallarından, həmçinin «İran Press» informasiya agentliyindən yayılacaq.

Məbəs bayramı Həzrət Muhəmməd(s.ə.s)-in qırx yaşında olarkən Həra mağarasında Cəbrayıl vasitəsilə və Allah-Taala tərəfindən peyğəmbərliyə təyin olunduğu gündür.

Teqlər