Mart 10, 2021 09:19 Asia/Baku
  • ABŞ Konqresinin üzvləri İranla nüvə anlaşmasından kənar bir razılaşmaya çağırıblar

ABŞ Konqresinin üzvləri Cozef Baydenə bir məktub ünvanlayaraq, İranla nüvə anlaşmasından daha üstün bir razılığın əldə olunmasına çağırıblar.

SəhərAzəri xəbər verir ki, hər iki respublikaçı və demokrat partiyasından 140 nümayəndə Baydeni İranla bağlı iki partiyalı bir konsensusa gəlməyi və nüvə məsələlərindən başqa Tehranla olan digər mübahisələri də əhatə edəcək hərtərəfli bir razılaşma əldə etməyi qarşıya məqsəd qoymağa çağırıblar.

70 demokrat nümayəndə və 70 respublikaçı nümayəndənin imzaladığı bu məktub çərşənbə axşamı günü ABŞ dövlət katibi Entoni Blinkenə göndərilib.

Bundan əvvəl nüvə anlaşmasına qayıdacağını və İrana qarşı qanunsuz sanksiyaları ləğv edəcəyini vəd edən ABŞ-ın yeni prezidenti Co Bayden Ağ Evə daxil olduqdan sonra bunları İranın öhdəliklərini yerinə yetirməsi ilə şərtləndirib. 

Bu tələb elə bir halda irəli sürülüb ki,nüvə anlaşmasını pozan və birtərəfli qaydada ondan çıxan tərəf Vaşinqton olubdur.

İran İslam Respublikası qeyd edib ki, razılaşmanı pozan tərəfin Vaşinqton olduğunu və Tehranın öhdəliklərini ABŞ-ın qanunsuz hərəkətlərinə cavab olaraq, azaltdığını nəzərə alaraq, Tehran tərəfindən hər hansı bir addım sanksiyaların ləğvindən sonra atılacaq. 

İran İslam Respublikası, həmçinin ABŞ-ın nüvə anlaşmasına qayıtması və öhdəliklərini yerinə yetirməsi üçün heç bir qeyd-şərti qəbul etməyəcəyini söyləyib.

Teqlər