Mart 10, 2021 17:51 Asia/Baku
  • Zərif: “Barış ətraf mühit kimi, insan irsi və insan haqqıdır”

Məhəmməd Cavad Zərif çərşənbə günü Tehranda təşkil olunan İranda yaşayan diplomatların xanımlarının iştirakı ilə fidan əkmə mərasimində deyib: "Bu gün birlikdə fidan əkmə mərasimi və Cihanşümuş şairimiz Hafizdən “dostluq ağacını yetişdir” şerimiz var ki bu şer ölkələrin beynəlxalq davranışda nümunə götürülməlidir.

SəhərAzəri xəbər verir ki, İran İslam Respublikasının Xarici İşlər Naziri ,"Ətraf mühit bir şəhər və ya bir ölkə ilə əlaqəli deyil , ətraf mühit bir-biri ilə əlaqəli bir dünya və hamımızın qayğı göstərməli olduğumuz bir insan irsidir" deyib.

Dövlət katibi bəyan edib  ki, bir dostluq ağacı əksək, dünyada dostluğa kömək edəcəyik. Özümüz üçün çirkli bir mühitə sahib olmaq üçün ətrafımıza bir divar qurduğumuzu söyləmək nə qədər gülünc olsa da, qonşu bir ölkə müharibə və etibarsızlıq içində olarkən özümüz üçün barışıq yaratdığımızı söyləmək də gülüncdür.

Məhəmməd Cavad Zərif həmçinin deyib: "Ətraf mühit kimi, sülh və təhlükəsizlik də bir insan mirasıdır və bilməliyik ki, etibarsız bir dünyada təhlükəsiz həyat olmayacaq və inanmalıyıq ki, bir-birimiz olmadan və aramızdakı çox ümumi cəhətlər olmadan dünyada universal həyat sürmək mümkün olmayacaq. "

"İnsan vicdanı sülh istəyir və birlikdə çalışmaq bizim borcumuzdur" deyərək bəzi ölkələrin terrorizmi dəstəkləməsini və insanlara iqtisadi təzyiq göstərməsini dayandırması lazım olduğunu qeyd edib.

 

Teqlər