Mart 11, 2021 09:36 Asia/Baku
  • İraq Kürdüstanında markaların buraxılması beynəlxalq prinsip və qaydalara ziddir

İranın Xarici İşlər Nazirliyinin mətbuat katibi İraq Kürdüstanı bölgəsində marka buraxılması ilə bağlı sualın cavabında deyib: "Aydındır ki, İctimaiyyət arasında yayılanlar beynəlxalq hüququn prinsiplərinə və qaydalarına ziddir".

SəhərAzəri xəbər verir,  Səid Xətibzadə , İran İslam Respublikasının bununla bağlı İraq hökumətinə etiraz edərək, onların yığışdırılmasına və dostluğa zidd olan bu hərəkətin dərhal islah edilməsinə çağırdığını bəyan edib.

İraq Kürdüstanı bölgəsinin Nəqliyyat Nazirliyi Roma Papası Fransiskin bu ölkənin şimalı vilayətlərinə səfəri münasibəti ilə bir neçə xatirə markası çap edib və onların üzərində İraqın ilk rəsmi dili olaraq ərəb dilinə yer verməməklə yanaşı saxta bir xəritədə də dərc edib.

İraq Türkman Cəbhəsi Papa Fransiskin bölgəyə səfəri münasibətilə İraq Kürdüstanı Bölgəsinin yerli idarələri tərəfindən xatirə markalarının çap edilməsini kəskin şəkildə qınayıb və bölgə rəsmilərini İraqın birliyini hədəfləyən bu proseduru kənara qoymağa çağırıb.

Teqlər