Zərif: "ABŞ-ın yeni rəhbərliyi Trampın uğursuz siyasətlərini davam etdirir"
https://azeri.sahartv.ir/news/İran-i374287-zərif_abŞ_ın_yeni_rəhbərliyi_trampın_uğursuz_siyasətlərini_davam_etdirir
İranın xarici işlər naziri sosial şəbəkədəki öz şəxsi Tvitter səhifəsində yazıb: "ABŞ-ın yeni rəhbərliyi bu ölkənin sabiq prezidentinin uğursuz siyasətlərini davam etdirir".
(last modified 2024-03-01T10:29:49+00:00 )
Mart 11, 2021 19:18 Asia/Baku
  • Zərif:

İranın xarici işlər naziri sosial şəbəkədəki öz şəxsi Tvitter səhifəsində yazıb: "ABŞ-ın yeni rəhbərliyi bu ölkənin sabiq prezidentinin uğursuz siyasətlərini davam etdirir".

SəhərAzəri xəbər verir, İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif etdiyi paylaşımda yazıb: "İranın Cənubi Koreyada bloklanmış pullarının transferinə mane olmaq, göstərdiyi ki, ABŞ-ın hazırkı hökuməti bu ölkənin sabiq prezidenti Donald Trampın uğursuz siyasətlərini davam etdirir".

ABŞ dövlət katibi Entoni Blinkenin İranın Cənubi Koreyadakı dondurulmuş pulları barədə açıqlamasını qınayan Zərif yazıb: "ABŞ hökuməti, uğursuz “maksimum təzyiq” siyasətini deyil, diplomatiyanı dəstəklədiyini iddia edir".

"Hal bu ki, Entoni Blinken İran pullarının Cənubi Koreyadan İsveçrə kanalına köçürülməsinə maneə törətməkdən qürur duyur; Hansı ki, təkcə qida və dərman preparatları üçün istifadə olunacaqdı", - deyə Zərif qeyd edib.