Mart 12, 2021 09:24 Asia/Baku
  • İranın Rusiyaya ixracatı 105 faiz artıb

İran İslam Respubliasının Rusiyadakı səfiri bildirib ki, İranın Rusiyaya ixracatı 105 faiz artıb.

SəhərAzəri xəbər verir, Kazem Cəlali Rusiya bazarını İranın ticarət mallarının ixracatı üçün yaxşı bir imkan adlandırıb. Bildirib ki, 2020-ci ildə Rusiyaya ixracat 105 faizlik artıma malik olub.

İranın Rusiyadakı səfiri sonra deyib: İran Rusiyanın qonşusu kimi onun ehtiyacı olan ticarət mallarının bir hissəsini təmin etməklə bu ölkə bazarında öz payına malik ola bilər.

Kazem Cəlalinin sözlərinə görə, Tehranın 2020-ci ildə Rusiyaya ixracatdakı payı, yüz beş faizlik artımla 800 milyon dollara qalxıbdır.

İranın Rusiyadakı səfiri vurğulayıb ki, İranın mühasirə olunmasını istəyən qərblilərin/ ardınca olduqları məsələnin əksinə olaraq,/ İranın geopolitikası elədir ki, mühasirə oluna və məhdudlaşdırıla bilməz.

Teqlər