İran sanksiyaların aradan qaldırılmasından sonra cavab tədbirlərini dayandıracaq
İran İslam Respublikası Xarici İşlər Nazirliyinin mətbuat katibi vurğulayıb ki, Amerikanın sanksiyalarının aradan qaldırılmasından sonra İslam İnqilabının Böyük Rəhbərinin buyurduqları kimi, İran öz cavab tədbirlərini dayandıracaq.
SəhərAzəri xəbər verir ki,Səid Xətibzadə Ələxbar telekanalı ilə müsahibədə deyib: Amerikanın sanksiyalarının aradan qaldırılmasından sonra İslam İnqilabının Böyük Rəhbəri Həzrət Ayətullahuluzma Xameneinin elan etdikləri kimi, İran öz cavab tədbirlərini dayandıracaq.
Xətibzadənin sözlərinə görə, nüvə anlaşmasına əsasən, faktaraşdırıcı mərkəz, Atom Enerjisi üzrə Beynəlxalq Agentlikdir.
Xətibazadə sonra deyib: Amerikanın BMT Təhlükəsizlik Şurasının 2231 saylı qətnaməsi altındakı qəti öhdəliklərinə sədaqətsizliyi ilə bağlı İranın mövqeyi və bu ölkənin nüvə anlaşmasına geri dönməsi yolu aydındır və bu, dəfələrlə İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif tərəfindən dəqiqliklə və aydın şəkildə bəyan edilibdir.