İslam İnqilabının Aliməqamlı Rəhbərinin baxışında Altıncı Amerika İnsan Haqları konfransı Türkiyədə keçirilib
İslam İnqilabının Böyük Rəhbəri Həzrət Ayətullah Əl-Üzma Xameninin nöqteyi-nəzərindən İslamda insan kəramtinin qorunmasından Qərbdəki insan haqlarına qədər yönəlmiş Altıncı Amerika İnsan Haqları Konfransı, Məhəmməd Mustafanın (s.ə) "Esen Yurt" Elmi və Mədəniyyət Mərkəzinin iştirakı ilə Türkiyədəki İnsan Haqları Gənclər Təşkilatı tərəfindən keçirilib.
SəhərAzəri xəbər verir ki,Amerika İnsan Haqları mövzusunda altıncı ixtisaslaşdırılmış iclas İstanbulun Esen Yurtdakı Məhəmməd Mostafa (s.ə) Elmi və Mədəniyyət Mərkəzində İnsan Haqları Gənclər Təşkilatının Baş katibi tərəfindən Həzrət Ayətullah Əl-Üzma Ələvi Qorqaninin mesajının oxunması ilə keçirildi.
Həzrət Ayətullah Əl-Üzma Ələvi Qorqani Mesajında, ABŞ-ın insan haqlarının müdafiəçisi kimi görünməsinə baxmayaraq ən çox insan haqları pozuntularına yol verdiyini vurğulayıb.
Bu mesajda Həzrət Ayətullah Əl-Üzma Ələvi Qorqani, İslam İnqilabının Aliməqamlı Rəhbərinin əmrinə istinad edərək təkid ediblər: Başqalarının insna haqlarından danışdıqları zaman, amerikalıların insan haqlarından danışmağa haqqı yoxdur; çünki ABŞ hökuməti dünyadakı ən böyük insan haqları pozucusudur.
Toplantının ilk rəsmi spikeri Türkiyədən Əhli-Beyt (ə.s) Üləmalar Dərnəyinin sədri Qadir Akaras olub.
Qadir Akaras İslamın insan haqlarına baxışından bəhs edərək, insanların inanclarından asılı olmayaraq mahiyyət etibarilə dəyərli olduqlarını, ancaq Qərb dünyasında qanunların insan ləyaqətinə söykənmədiyini söyləyib.
Konfransın sonunda Astan Qüds Rəzəvi və Həzrət Məsumənin (s.ə.s.) müqəddəs ziyarətgahı tərəfindən, İnsan Haqları Gənclər Təşkilatının Baş katibi iştirakçı natiqlərə və bəzi qonaqlara hədiyyələr təqdim edib.