Bu il mart ayının 15-i mübarək Şəban ayının ilk günüdür.
İslam İnqilabının Böyük Rəhbərinin dəftərxanasının "Ayın axtarışı üzrə mərkəzi"-i elan edib: Bu il mart ayının 15-i mübarək Şəban ayının ilk günüdür.
SəhərAzəri xəbər verir ki, Əhli-Beyt internet qəzetinə istinadən xəbər verir ki, şənbə günü çox sayda axtarış qrupları mübarək Şəban ayının hilalını görmək üçün izləmə aparıb və ay görünməyib.
“Bu səbəbdən təqvimə əsasən 14 mart Rəcəb ayının 30-cu günüdür və 15 mart Şəban ayıının ilk günüdür.”
İslam Peyğəmbəri (s) və Əhli-beyt imamlarından (ə) nəql olunan hədislərdə Şəban ayının çox şərafətli və onun İslam Peyğəmbərinə (s) məxsus bir ay olduğu bildirilir. O həzrət buyurur: “Şəban ayı mənim ayım, Ramazan ayı isə Allahın ayıdır.” Odur ki, o həzrət bu ayı oruc tutar və buyurardı: “Hər kim mənim ayımda bir gün belə oruc tutsa, Cənnət ona vacib olar.”