Ruhani: "İranın koronavirus vaksinini təmin etmək üçün atdığı addımlar qürur vericidir"
İran İslam Respublikası prezidenti koronavirus vaksinini təmin etmək üçün atılan addımları qürur verici adlandırıb.
SəhərAzəri xəbər verir ki, Həsən Ruhani ölkəyə qəbul etdirilən hazırkı çətin şəraitdə koronavirus peyvəndini əldə etmək üçün göstərilən səyləri yüksək dəyərləndirib.
Ruhani müvafiq təşkilatlar tərəfindən Rusiya, Çin və Hindistandan etibarlı vaksinlərin təmini istiqamətində görülən tədbirlərlə bağlı hesabatı aldıqdan sonra onlara təşəkkürünü bildirib.
Prezident, həmçinin qeyd edib ki, iqtisadi müharibənin çətin və nəfəs kəsici dönəmində istər yerli vaksinlərin araşdırılması və istehsalı, istərsə də xarici peyvəndlərin əldə edilməsi sahəsində uğurlu fəaliyyət İran millətinin qürur mənbəyidir.
Qeyd edək ki, bu gün İran istehsalı olan "Kovo İran Bərəkət" adlı vaksinin könüllülər üzərində klinik sınaqlarının ikinci və üçüncü fazası başlayıb.