Mart 17, 2021 21:34 Asia/Baku
  • İmam Hüseynin (ə) səadəlti viladətinin ildönümü o, həzrətin hərəmində qeyd edilib

Şiələrin üçüncü imamının viladətinin ildönümündə, o həzrətin mütəhhər zərihi şiələrin və onun vurğunlarının iştirakı ilə bəzədilib və süsləndirilib.

SəhərAzəri xəbər verir ki, Şəhidlərin ağası İmam Hüseynin (ə) Kərbəladakı mübarək zərihi Şəban ayının 3-cü gününün gəlib çatması münasibətilə gözəl və rəngarəng çiçəklərlə bəzədilib.

Koronavirusdan irəli gələn bu çətin günlərdə iranlı zəvvarlar və hətta İraqın digər vilayətlərindən gələn zəvvarların boşluğu tamamilə hiss olunur.

M.M: Hamının adından ziyarət edirəm, inşallah, koronavirusu məğlub etdikdən sonra sərhədlər açılacaq və biz iranlı və qeyri-iranlı zəvvarların gəlişinin şahidi olacağıq. 

Sən ey uzaqdan gözlərini Kərbəlaya dikən aşiq, bilməlisən ki, Kərbəlanın bu mütəhhər torpağının ətrafında sənin adından zərihə əl çəkən, sənin əvəzində göz yaşı axıdan və dualar oxuyan insanlar var.

Ya Əba əbdillahil-Hüseyn, ey Kərbəla diyarında haqqın cilvəsi, bu mübarək gecələrdə Allahın sonsuz lütfü ilə bizim əlimizdən tut ki, sənin mərhəmətinə kəskin ehtiyacımız var. 

Teqlər