Tehran-Bakı əlaqələrinin inkişafı üçün heç bir siyasi maneə yoxdur
İranın Bakıdakı səfiri bildirib ki, İran ilə Azərbaycan Respublikasının iradəsi, əlaqələrin genişləndirilməsinə əsaslanır.
SəhərAzəri xəbər verir ki, İranın Bakıdakı səfiri Tehran-Bakı əlaqələrinin inkişafı üçün heç bir siyasi maneənin olmadığını vurğulayıb.
Seyyed Əbbas Mousəvi İran palatasının beynəlxalq məsələlər müavinliyinin Azproma ilə iclasında deyib: İran və Azərbaycan Respublikasının ticarət həcmi iki ölkə münasibətlərinin şəninə sığışmır.
O, sonra deyib: Azərbaycan Respublikası ərazisinin iyirmi faizi azad edilib. Biz bu qənaətdəyik ki, İran ilə Azərbaycan Respublikasının iqtisadi əlaqələr həcminə minimum iyirmi faiz əlavə olunmalıdır. Xüsusən ona görə ki, iki ölkənin iradəsi, əlaqələrin genişləndirilməsinə əsaslanır.
Mousəvi vurğulayıb: Əlaqələrin inkişafı üçün heç bir siyasi maneə yoxdur. Ümid edirik ki, iki ölkənin özəl sektorlarının əzmkarlığı ilə münasibətlərin inkişafının şahidi olacağıq.
İranın Bakıdakı səfiri deyib: Azərbaycan Respublikasının infrastrukturları İranın şirkətləri və özəl sektorunun bu ölkədə iştirakını qəbul etməyə hazırdırlar.