Mart 18, 2021 19:46 Asia/Baku
  • Koronavirus və sanksiya kimi iki virus üzərində parlaq qələbə üfüqü görünür

İranın xarici işlər naziri yeni günəş ili münasibətilə verdiyi müraciətdə vurğulayıb: Bu dəfə də xalqın müqaviməti və təmkinliliyi, həmçinin sağlamlıq zəhmətkeşlərinin iftixarlı fədakarlıqları koronavirus və sanksiya kimi iki təhlükəli virus üzərində parlaq qələbə üfüqünü müjdə verir.

SəhərAzəri xəbər verir ki, Məhəmməd Cavad Zərif bu gün yeni günəş ili və novruz bayramı ərəfəsində bir video-müraciət verib.

1400-cü günəş ilinin novruzu münasibətilə verilən bu müraciətdə Zərif deyib ki, İran xalqının koronavirusla üzləşmədəki problemləri qanunsuz sanksiyalara görə, ikiqat artmışdı.

Zərif bu müraciətdə sonra vurğulayıb: İranlılar özlərinin bir neçə minillik iftixarla dolu tarixi boyunca, nəinki problem və hücumlara təslim olmadılar, əksinə aqillik və həmrəyliklə problemlərə üstün gələrək, hücumçuları öz zəngin mədəniyyət və sivilizasiyalarında əritdilər.

İran İslam Respublikasının xarici işlər naziri daha sonra belə söyləyib: Bu dəfə də xalqın müqaviməti və təmkinliliyi, həmçinin sağlamlıq zəhmətkeşlərinin iftixarlı fədakarlıqları koronavirus və sanksiya kimi iki təhlükəli virus üzərində parlaq qələbə üfüqünü müjdə verir.

Zərifin ölkə xaricindəki iranlılara olan müraciətində isə deyilir: İranın mədəniyyəti və sivilizasiyasına görə, dünyanın müxtəlif yerlərində iftixarlar yaradan iranlılar da İranın nəcib və şücaətli xalqına qarşı icbar edilmiş namərdliklərin bəyanında əllərindən gələni əsirgəməyiblər və əsirgəməyəcəklər də.

Müraciətdə sonra deyilir: Dünya səviyyəsində koronavirus pandemiyasının davam etməsi hər şeydən daha çox göstərdi ki, bir-birinə bağlı olan hazırkı dünyada ən böyük güclər belə, bəşəriyyətin ortaq bir dərdinə çevrilmiş görünməz bir virus qarşısında kövrəkdirlər.

Zərif daha sonra bildirib: Novruz dostluq, mehribanlıq, barışıq, həmrəylik və şadlıq müraciətçisidir.

Teqlər