İranın Azərbaycandakı səfiri bu ölkənin mədəniyyət naziri ilə görüşüb
https://azeri.sahartv.ir/news/İran-i374615-İranın_azərbaycandakı_səfiri_bu_ölkənin_mədəniyyət_naziri_ilə_görüşüb
İran İslam Respublikasının Azərbaycan Respublikasındakı səfiri Seyid Abbas Musəvi martın 18-də bu ölkənin mədəniyyət naziri Anar Kərimovla görüşüb.
(last modified 2024-06-22T21:55:02+00:00 )
Mart 18, 2021 17:56 Asia/Baku
  • İranın Azərbaycandakı səfiri bu ölkənin mədəniyyət naziri ilə görüşüb

İran İslam Respublikasının Azərbaycan Respublikasındakı səfiri Seyid Abbas Musəvi martın 18-də bu ölkənin mədəniyyət naziri Anar Kərimovla görüşüb.

SəhərAzəri xəbər verir ki, bu barədə İran səfiri özünün Twitter səhifəsində paylaşım edib.

S.A.Musəvinin sözlərinə görə, görüşdə ikitərəfli əməkdaşlıqlar, mədəni mübadilələr, birgə mədəni irs, əməkdaşlıq sənədlərinin müddətinin uzadılması, kitab sərgiləri, film və musiqi əməkdaşlıqları üzrə danışıqlar aparılıb.

Görüşdə həmçinin Qarabağda tarixi və dini abidələrin bərpası müzakirə olunub.