İran səfirinin Azərbaycan Respublikasının mədəniyyət naziri ilə görüşündən təfərrüatlar
İranın Bakıdakı səfirinin Azərbaycan Respublikasının mədəniyyət naziri ilə görüşündə iki ölkənin mədəni həmkarlıqları və münasibətlərinin genişləndirilməsi sahələri araşdırılıb.
SəhərAzəri xəbər verir ki, Seyyed Əbbas Mousəvi Anar Kərimovla görüşdə iki ölkə rəsmilərinin münasibətlərin genişləndirilməsinə olan iradələrinə işarə ilə deyib ki, İran və Azərbaycan Respublikası bir çox ortaqlıqlara malikdirlər.
Mousəvi bu görüşdə sonra söyləyib: İran və Azərbaycan Respublikası «bir xalq və iki dövlət»in əsl nümunəsidirlər və bu ortaqlıqlar qarşılıqlı əməkdaşlıqların genişləndirilməsi və gücləndirilməsi üçün olduqca yaxşı bir imkandır.
Azərbaycan Respublikasının mədəniyyət naziri də bu görüşdə novruz bayramını təbrik edərək, deyib: Novruz iki xalqın tarixi və mədəni simvollarından olaraq, dostluqların qovuşma halqasıdır və biz dost və qardaş İran xalqı və dövlətini təbrik etmək istəyirik.
İki ölkənin ortaqlıqlarına işarə edən Kərimov deyib: Ümid edirik ki, tarixi-sərhəd Xudafərin körpüsü də İran və Azərbaycan Respublikasının birgə səyləri nəticəsində müştərək dostluqlar simvolu kimi dünya səviyyəsində qeydiyyata alınacaq və qarşılıqlı yardım sayəsində onun bərpası və yenidən qurulmasını həyata keçirəcəyik.