Mart 19, 2021 11:41 Asia/Baku
  • Ərəbistan Fars Körfəzi Əməkdaşlıq Şurasını girov götürüb

İran İslam Respublikası Xarici İşlər Nazirliyinin sözçüsü Fars Körfəzi Əməkdaşlıq Şurasına üzv ölkələrin xarici işlər nazirlərinin son iclasının yekun bəyanatına reaksiyada deyib: Ərəbistan rejimi Fars Körfəzi Əməkdaşlıq Şurasını girov götürüb və özünün təxribatçı baxışlarını qəbul etdirərək, regionda nifrət və zorakılığa rəvac verir.

SəhərAzəri xəbər verir ki, Səid Xətibzadə Fars Körfəzi Əməkdaşlıq Şurasının yüz qırx yeddinci iclasının yekun bəyanatına işarə edərək, vurğulayıb: Bu iclasın yekun bəyanatı öncəki iclaslar kimi səud rejiminin şuraya üzv digər ölkələrə siyasi təzyiqi və inadının davam etməsi istiqamətində olaraq, ətraf hadisələrdən real dərkə malik deyildir.

İran İslam Respublikası Xarici İşlər Nazirliyinin sözçüsü sonra bildirib ki, Fars Körfəzi Əməkdaşlıq Şurasına üzv bəzi ölkələr səud rejiminin təzyiqindən təsirlənərək, hələ də uğursuz qalmış İranofobiya planının tərəfdarıdırlar. O, belə bir sualı irəli sürübdür ki, bu yanlış prosesin ötən onilliklərdə izlənilməsi regional təhlükəsizlik və sabitlik üçün indiyədək hansı nailiyyəti gətiribdir?

Teqlər