Bakıda, Şəhriyar adına mədəniyyət mərkəzində novruz şənliyi keçirilib
Bakıda iranlılardan bir qrupunun iştirakı ilə yeni günəş ilinin təhvili və novruz bayramı mərasimi keçirilib.
SəhərAzəri xəbər verir ki, mərasim İran İslam Respublikasının Bakıdakı səfirliyi tərəfindən, ölkəmizin Azərbaycan Respublikasındakı iş adamlarının və bu ölkədə yaşayan iranlıların iştirakı ilə keçirilib.
Mərasimdə İranın Bakıdakı səfiri Seyyed Əbbas Mousəvi yeni günəş ili və novruz bayramı münasibətilə Bakıda İran İslam Respublikasını sevənləri və iranlı həmvətənləri təbrik edərək, deyib: Novruz bayramının şəbaniyyə bayramları ilə üst-üstə düşməsi bütün bəşəriyyət üçün bərəkətlə dolu bir ilin nişanəsidir. Ümid edirik ki, dünya xalqları arasında sülh və dostluq cərəyan edəcək.
O, sonra söyləyib: Novruz İran və Azərbaycan Respublikasının ortaqlıqlarından olaraq, «bir xalq, iki dövlət» anlamına digər bir nümunədir.
Mərasimdə həmçinin Vəliyye Fəqihin Azərbaycan Respublikasındakı nümayəndəsi höccətulislam vəlmuslimin Seyyed Əli Əkbər Ocaqnejad yeni ili və on beş şəban- bəşəriyyət aləminin xilaskarı- Həzrət Mehdi(əc)-in mövlud gününü təbrik edərək, deyib: Şəbanın qədim novruz bayramı ilə bir zamana düşməsi cari ildə ilahi dəyişikliklər üçün bir başlanğıc ola bilər.
O, dəyişikliyi bəşəriyyətin zərurəti adlandırıb və belə söyləyib: İlin təhvili duası bizə deyir ki; Allah-Taala öz məxluqlarının təbiətinə dəyişiklik gətirəndir və bu dəyişiklik kamala çatmaq istiqamətində varlıqların həyatına bir zərurətdir. Bu şərif duada ilahi dərgahdan istəyirik ki, bizim varlıq təbiətimiz ən yaxşı və ən gözəl təbiətlərə çevrilsin.