Mart 24, 2021 12:47 Asia/Baku
  • Xətibzadə:

İranın Xarici İşlər Nazirliyinin mətbuat katibi BMT-nin İnsan Haqları Şurasinin İran əleyhinə qətnaməsinə reaksiyada, vurğulayıb: "Millətlərin hüquqlarını pozan ölkələr İnsan Haqları iddiaçıları ola bilməzlər".

SəhərAzəri xəbər verir ki, Səid Xətibzadə BMT-nin İnsan Haqları Şurasinin 46-cı iclasında bir qrup ölkənin İran əleyhinə təsdiqlədiyi qətnaməyə reaksiyada deyib: "Bu qətnamə prakəndə və zəif səslərin nəticəsidir və beynəlxalq konsensus və məqbuliyyətdən  məhrumdur".

İranın Xarici İşlər Nazirliyi sözçüsünün sözlərinə görə, bu qətnamədə elə bir xüsusi məruzəçinin missiyası uzadılıb ki onun hesabatlarında dərman və tibbi ləvazimatların təmin edilməsində çətinliklər səbəbindən onlarla məsum uşaq və günahsız xəstənin ölümünə heç bir işarə edilməyib və minlərlə İran vətəndaşının "yaşamaq" və "müalicəyə giriş" hüquqlarının qəti şəkildə pozulmasının onun üçün heç bir əhəmiyyəti yoxdur.

Xətibzadə əlavə edib: "Bu qətnaməni dəstəkləyənlər ilk növbədə ABŞ hökumətinin hərəkətlərni qınamalıdırlar; Hansı ki, onların iqtisadi terrorizmi, birtərəfli və zalımcasına sanksiyalarının sərtləşdirilməsi və onların dağıdıcı təsirləri nəticəsində iranlılar koronavirusla mübarizə dönəmində dərman və tibbi təchizatlar kimi əsas ehtiyaclarını təmin edə bilmirdilər".

İran Xarici İşlər Nazirliyinin sözçüsü, həmçinin ABŞ-ın iqtisadi terrorizmindən irəli gələn zalımcasına təzyiqlərə baxmayaraq, İranın həmişə öz vətəndaşları və beynəlxalq ictimaiyyət qarşısında götürdüyü öhdəliklərə sadiq qaldığını söyləyib.

Teqlər