İran BMT-nin İnsan Haqları Şurasının anti-İran qətnaməsinə münasibət bildirib
https://azeri.sahartv.ir/news/İran-i374815-İran_bmt_nin_İnsan_haqları_Şurasının_anti_İran_qətnaməsinə_münasibət_bildirib
İranın BMT-nin Cenevrədəki Ofisində daimi nümayəndəsi BMT-nin İnsan Haqları Şurasının anti-İran qətnaməsi və bəzi Qərb ölkələrinin bu mövzudan sui-istifadə etməsi barədə xəbərdarlıq edib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Mart 24, 2021 08:20 Asia/Baku
  • İran BMT-nin İnsan Haqları Şurasının anti-İran qətnaməsinə münasibət bildirib

İranın BMT-nin Cenevrədəki Ofisində daimi nümayəndəsi BMT-nin İnsan Haqları Şurasının anti-İran qətnaməsi və bəzi Qərb ölkələrinin bu mövzudan sui-istifadə etməsi barədə xəbərdarlıq edib.

SəhərAzəri xəbər verir ki. İranın BMT-nin Cenevrədəki Ofisində daimi nümayəndəsi İsmail Bəqayi Hamanə, insan haqlarından bir alət kimi istifadə etməkdə heç bir çərçivə və məhdudiyyət tanımayan bəzi ölkələr tərəfindən İnsan Haqları Şurasından sui-istifadə edilməsi barədə xəbərdarlıq edib və deyib: "Bu qətnamənin təşəbbüskarları və onu dəstəkləyənlər, İran xalqının insan hüquqlarının yaxşılaşdırılması üçün çalışdıqlarını iddia edə bilməzlər".

Bəqayi Hamanə əlavə edib: "Onların riyakar iddiaları, İran millətinə qarşı etdikləri davranış və hərəkətlərlə açıq şəkildə ziddiyyət təşkil edir".

Bəqayi Hamanənin sözlərinə görə, İngiltərə və ABŞ kimi bəzi ölkələr, insan haqlarından geniş şəkildə sui-istifadə edərək, onlarla müxalifətdə olan ölkələrlə siyasi qarşıdurmaya girirlər.