Admiral Səyyari: Ordu düşmənlə qarşılaşmağa tam hazırdır
İran İslam Respublikası Ordusu Koordinatorunun müavini ordunun düşmən təhdidləri ilə qarşılaşmağa tam hazır olduğunu vurğuladı.
SəhərAzəri xəbər verir ki, admiral "Həbibullah Səyyari" çərşənbə günü verdiyi bir müsahibədə deyib: "Bu illər ərzində ordu vəzifələrini yaxşı yerinə yetirib və hazırlığını yüksəldərək günün təhdidlərinə uyğun olaraq hərəkət edir."
Admiral Həbibullah Səyyari, İran İslam Respublikası ordusunun fəaliyyətini çox dəyərli adlandıraraq əlavə edib: "Ordu lazımi proqnozlaşdırma, uzaqgörənlik və araşdırmaların hamısını yerinə yetirib."
Admiral Həbibullah Səyyariyə görə, İran İslam Respublikasının ordusu, bu gün xidmət etdiyi gəncliyi və sahib olduğu məlumatı istismar edərək, hər zaman istədiyi yerdə inqilaba və ərazi bütövlüyünə qarşı təhdidlərlə qarşılaşmağa qətiyətlə hazırdır.
Admiral Səyyari təlimlərin keçirilməsi barədə də söyləyib: "Bu təlimlər silahlı qüvvələrin tapşırıqları yerinə yetirmək, inqilabı və ərazi bütövlüyünü müdafiə etmək qabiliyyətini göstərir ki, düşmənlər başa düşsünlər ki, kimsə hücum etmək istəsə , nəticə peşmançılıqdır. "