İstehsalı himayə və onun maneələrini aradan qaldırmağı bütün İranda həyata keçirəcəyik
İran İslam Respublikasının prezidenti vurğulayıb: İstehsalı himayə və onun maneələrini aradan qaldırmağı bütün İranda həyata keçirəcəyik.
SəhərAzəri xəbər verir ki, Həsən Ruhani bu gün azad bölgələr təşkiatının milli layihələrin istifadəyə verilməsi mərasimində deyib: İslam İnqilabının Böyük Rəhbərinin «İstehsalı himayə və onun maneələrinin aradan qaldırılması» barədəki ilin şüarı, ilin adlandırılması həddində qalmayacaq və əməldə bütün İranda onu həyata keçirəcəyik.
Ruhani söyləyib: Bu dövlətin sonunadək öz səyimizi edəcəyik və sonrakı dövlətlər də bu yolu davam etdirəcəklər.
İran İslam Respublikasının prezidenti vurğulayıb: Layihələrin açılması düşmənlərin sanksiyasının uğursuz qalmasının nişanəsidir.
Ruhaninin sözlərinə görə: Bu gün beş trilyard 800 milyard tümənlik layihə istifadəyə veriləcək ki, bu da beş min nəfərdən çox isanın işlə təmin olunmasına gətirib çıxaracaqdır.
Ruhani söyləyib: Digər tərəfdən, bu layihələrin açılması İranda azad və özəl bölgələrin abadlığına səbəb olacaq ki, bu da sonda ölkənin iqtisadi və istehsal hərəkətinə gətirib çıxaracaq.
İran İslam Respublikasının prezidenti həmçinin deyib: Ötən günəş ilində son dərəcə mühüm və iri layihələr, o sıradan bu dövlət boyunca təqribən əlli iki su bəndi, həmçinin su və torpaq layihələri, neft-kimya və mühüm neftayırma zavodları istifadəyə verildi ki, bu dövlətin sonunadək onların sayı 57-yə çatacaqdır.
Ruhani habelə deyib: Cari 1400-cü günəş ilindən sonra İranın neft ixracatı Fars Körfəzindən və Oman dənizindən həyata keçiriləcək.