Mart 25, 2021 18:30 Asia/Baku
  • İranın ticarət dövriyyəsi dəyəri 73 milyard dollar olub

İran gömrüyünün direktoru bildirib ki, İranın ticarət dövriyyəsi dəyəri 73 milyard dollar olub.

SəhərAzəri xəbər verir ki, Məhdi Mirəşrəfi bu gün sonra belə deyib: Ötən günəş ilində ölkənin çıxış nöqtələrindən bütövlükdə 73 milyard dollar dəyərində olan 145 milyon 700 min ton ticarət malı ixrac və idxal edilibdir.

Mirəşrəfi bildirib ki, ötən günəş ilində ölkədən dəyəri 34 milyard 256 milyon dollar olan 112 milyon ton əmtəə malı ixrac olunub.

İran gömrüyü direktorunun dediyinə görə: Ölkənin ən mühüm ixracat malları sıra ilə- benzin, təbii qaz, polietilen, propan və püstə olub. Başlıca ixracat bazarları isə Çin, İraq, əmirliklər, Türkiyə və Əfqanıstan olubdur.

İran gömrüyünün direktoru həmçinin deyib: Çinə ixrac olunmuş malların dəyəri səkkiz milyard 900 milyon dollar, İraqa yeddi milyard 300 milyon dollar, əmirliklərə dörd milyard altı yüz milyon dollar, Türkiyəyə isə iki milyard beş yüz milyon dollar olub.

Mirəşrəfi Çin, İraq, əmirliklər, Türkiyə və Əfqanıstana ümumi ixracat dəyərini iyirmi beş milyard yeddi yüz milyon dollar elan edib.

O, sonra deyib: Ötən il bu ölkələrə səksən milyon tondan çox ticarət malı ixrac edilib.

İran gömrüyünün direktoru həmçinin deyib: Ölkə ixracatının beşinci rəqəmi kimi püstə ixracatı bir milyard iki yüz milyon dollar dəyərində hesab edilibdir.

 

 

Teqlər