Mart 25, 2021 20:02 Asia/Baku
  • İran - İraq ortaq sərhəd qapıları bağlanıldı

İran Daxili İşlər Nazirliyi sərhəd işləri ümumi müdiri Hüseyn Qasimi, İran - İraq ortaq sərhəd qapılarının bağlanıldığını bildiridi.

SəhərAzəri xəbər verir,Çərşənbə günü mövzu haqqında danışan  Qasimi, Səhiyyə Nazirliyinin tələbi və Korona virus epidemiyası ilə milli mübarizə mərkəzinin qərarları gərəyi ilə iki ölkə arasındakı sərhəd qapılarının bağlanıldığını ifadə etdi.

Qasimi, İranın İraqla ortaq sərhədi olan Xuzistan əyalətində Korona virus xəstəliyinin motasiyası və Səhiyyə Naziri Səid Nemekinin İngilis koronasının İraqdan Xuzistan əyalətinə bulaşdığı barədəki qeydlərinə görə  bu mövzu gündəmə gəldiyini və nəticədə ortaq sərhəd qapılarından gediş-gəlişin dayandırıldığını qeyd etdi.

 

Teqlər