Mart 27, 2021 11:23 Asia/Baku
  • Facebook Press TV-nin səhifəsini daimi şəkildə bağlayıb

Press TV tərəfindən şəbəkənin meyarlarının pozulduğunu iddia edən Facebook dörd milyondan çox üzvü olan bu informasiya kanalının səhifəsini daimi şəkildə bağlayıb.

SəhərAzəri xəbər verir ki, Facebook öncədən xəbərdarlıq etmədən cümə günü Press TV-nin səhifəsini bağladı və iddia etdi ki, ingilis dilində yayılan bu informasiya kanalı qeyd olunan sosial şəbəkənin meyarlarına riayət etrməyib.

Facebook bildirib: Biz bundan öncə bu qərarı bir daha nəzərdən keçirmişik və qərar geri götürülə bilməz.

Bu sosial şəbəkə öz mesajında Press TV-nin görməməzliyə vurduğu iddia olunan meyarlara heç bir işarə etməyibdir.

Söz azadlığına dəstək verdiyini iddia edən Facebook bundan qabaq da bir neçə dəfə Press TV-nin səhifəsini müvəqqəti surətdə bağlamışdı.

Teqlər