Zərif Tacikistana yola düşür
Mart 28, 2021 13:53 Asia/Baku
İran Xarici İşlər Nazirliyinin sözçüsü, xarici işlər naziri Məhəmməd Cavad Zərifin Asiya ölkələrinin xarici işlər nazirlərinin "Asiyanın Qəlbi- İstanbul Prosesi" toplantısında iştirak etmək üçün Tacikistana səfərini elan etdi.
SəhərAzəri xəbər verir ki, İran Xarici İşlər Nazirliyinin sözçüsü Səid Xətibzadə bir tvit yazaraq, Məhəmməd Cavad Zərif-in Bazar günü Tacikistan rəsmiləri ilə görüşmək və Asiya ölkələrinin xarici işlər nazirlərinin "Asiyanın Qəlbi- İstanbul Prosesi " toplantısında iştirak etmək üçün Tacikistana səfər edəcəyindən xəbər verib.
Xətibzadə əlavə edib: "Ortaq sivilizasiya, tarix və, mədəniyyət irsi iki müttəfiq millət və eyni dilə sahib olan İran və Tacikistan arasında ayrılmaz bir əlaqə yaradıb."