Aliməqamlı Rəhbər 1849 məhkumu əfvilə razılaşıblar
İslam İnqilabının Böyük Rəhbəri bir qrup məhkumun əfvi, yaxud cəzasının yüngülləşdirilməsinə razılıq veriblər.
SəhərAzəri xəbər verir ki, bəşəriyyət aləminin yeganə xilaskarı Həzrət Mehdinin (əc) viladətinin ildönümü, həmçinin 12 fərvərdin İran İslan Respublikası günü münasibətilə ümumi və inqilab məhkəmələrində, silahlı qüvvələrin məhkəmə təşkilatında və dövlət cəza təşkilatında barələrində hökm çıxarılmış 849 nəfərin cəzasının bağışlanması, yumşaldılması və ya başqa cəzaya çevrilməsi təklifi ilə razılaşıblar.
İranın Məhkəmə Hakimiyyətinin sədri Höccətülislam Seyid İbrahim Rəisi bu mübarək günlər münasibətilə İslam İnqilabının Böyük Rəhbərinə bir məktun ünvanlayaraq, Məhkəmə Hakimiyyətinin mərkəzi əfv komissiyasında araşdırılmış və lazımi şəraitə malik olduqları təsdiqlənmiş sözü gedən məhkumların əfv edilməsi yaxud cəzalrının azaldılması təklifini verib ki, Həzrət Ayətullahulüzma Xamenei əsas qanunun 110-cu maddəsinin 11-ci bəndinə əsasən, bu təkliflə razılaşıblar.
Qeyd edək ki, bu gün 1442-ci hicri qəməri ili martın 29-u dünya şiələrinin on ikinci imamı, Həzrət Məhdinin (əc) mübarək mövludunun ildönümü günüdür.