İranın Suriyadakı səfiri: "İranla Çinin əməkdaşlığı regionun inkişafına səbəb olacaq"
İranın Suriyadakı səfiri deyib: "İranla Çin arasında hərtərəfli strateji əməkdaşlıq planı bütün reginun inkişafı üçün yeni bir fürsət yaradır".
SəhərAzəri xəbər verir ki, Cavad Türkzadə Suriyanın Əl-Vətən jurnalı ilə müsahibədə İranla Çin arasında əldə edilən məlum razılaşmanın regionda İranla Suriya və İranın bütün tərəfdaşlarının ortaq maraqlarına xidmət edəcəyini bəyan edib.
O, əldə edilən razılaşmanı əhəmiyyətli dəyərləndirərək, qeyd edib ki, bu əməkdaşlıq sənədinin məqsədi iki ölkə arasındakı münasibətləri inkişaf etdirmək, həmçinin iqtisadi və ticarət əlaqələrini gücləndirməkdir.
İranın Suriyadakı səfiri əlavə edib: "Bu əməkdaşlıq müqaviləsi, iki ölkənin ortaq maraqlarını təmin etməklə yanaşı, Suriyanın və İranın bölgədəki bütün tərəfdaşlarının maraqlarını da nəzərə alır ".