Əfqanlararası danışıqları asanlaşdırmaq üçün BMT-yə həssas dəvət
Doqquzuncu Beynəlxalq “Asiyanın Qəlbi- İstanbul Prosesi” iclasında çıxış edən İran Xarici İşlər Naziri , Əfqanıstanda davamlı sabitliyi bərqərarının yeganə yolunun Əfqanlaraası danışıqların olduğunu söyləyib.
SəhərAzəri xəbər verir ki, İran İslam Respublikasının Xarici İşlər Naziri Məhəmməd Cavad Zərif (çərşənbə axşamı) “Asiyanın Qəlbi - İstanbul Prosesi” Konfransında çıxışı zamanı İran İslam Respublikasının səylərinə toxunaraq regional inteqrasiya və Əfqanıstanın regional qarşılıqlı təsirlərə daxil olmasını, bu ölkədəki sülh və sabitliyin bərqərarını, yalnız Əfqanlararası dialoqa odaklanarak mümkün hesab etdi.
Birləşmiş Millətlər Təşkilatını Əfqalararası danışıqları asanlaşdırmağa çağıran İran Xarici İşlər Naziri, ölkədəki hər hansı bir sülh razılaşmasının Əfqan xalqının öz müqəddəratını təyinetmə hüququnu təmin etməsində lazım olduğunu vurğuladı.
1399-cu ildə açılışı olmuş Əfqanıstan dəmir yolunun İran dəmir yolu şəbəkəsinə qoşulmasına toxunan Zərif bu inkişafı beynəlxalq-regional dəmir yolu şəbəkəsinin formalaşmasında mühüm addım adlandırdı.
İranın Əfqanıstanın Covid-19 ilə mübarizədəki ehtiyaclarını təmin etməsinə toxunan İran Xarici İşlər Naziri, bu hərəkətlərin İran tərəfindən davam etdirildiyini vurğulayaraq, bütün ölkələri Corona virusu və müharibə ilə mübarizədə əməkdaşlıq etməyə çağırdı.
Zərif, eyni zamanda Əfqanıstan xalqının qanuni hökumətin qurulmasında qazandığı dəyərli uğurlarına və xüsusilə konstitusiya hazırlanmasına toxunaraq bölgə ölkələrinin Əfqanlararası sülh danışıqlarını asanlaşdırmaqdakı səylərini önəmli adlandırdı.
İran Xarici İşlər Naziri, çıxışının sonunda Əfqanıstanda davamlı sabitliyin qorunamsının yeganə yolunun Əfqanlararası danışıqların olduğunu vurğulayaraq, İran İslam Respublikasının bu danışıqları asanlaşdırmaq üçün göstərdiyi səylərinin davam etdirdiyinə təkid edib.