Ruhani: "Əgər ABŞ öhdəliklərinə qayıdarsa, biz də qayıdarıq"
İran İslam Respublikası prezidenti deyib: "Əgər güclü iradə olarsa və amerikalılar sanksiyaları ləğv edərlərsə, biz elə həmin gün öhdəliklərimizə əməl edəcəyik".
SəhərAzəri xəbər verir ki, İran İslam Respublikası prezidenti Həsən Ruhani Nazirlər Kabinetinin iclasında, sanksiyaların İran xalqına qarşı böyük zülm olduğunu və onların ləğvinin vacib olduğunu bəyan edərək, qeyd edib ki, əgər güclü iradə olarsa, ABŞ bir gündə bütün sanksiyaları ləğv edə bilər və İran da öz öhdəliklərinə geri dönər və onları yerinə yetirər".
Ruhani deyib: "Sanksiyalar məsələsində yüz faiz ABŞ-ın məsuliyyət daşıyır və heç kəs buna şübhə edə bilməz".
"Amerikalılar Tramp dövründə sanksiyalar tətbiq etdilər və qanunsuz, qeyri-insani və torrurçu hərəkətlərə əl atdılar və bizim xalqımızı hər şeydən məhrum etdilər", - deyə Ruhani əlavə edib.
İran prezidenti ABŞ-ın yeni rəhbərliyinə xitabən deyib: "Siz terrorçu əməllərinizi davam etdirirsiz, bizim ticarətimizin qarşısını alırsız və hətta peyvən əldə etməyimizə mane olursuz".