Mart 31, 2021 18:10 Asia/Baku
  • Tehranla Pekin arasında 25 illik əməkdaşlıq sənədi

Tehranla Pekin arasında 25 illik əməkdaşlıq sənədi iki ölkənin gələcəyi üçün bir yol xəritəsidir.

SəhərAzəri xəbər verir ki, İran və Çin xalqı arasındakı qədim və tarixi əlaqələrin neçə min illik keçmişi var və iki ölkə arasında ilk ticarət əlaqələri İpək yolu vasitəsilə qurulub və bu əlaqələr həmişə qarşılıqlı hörmət əsasında olubdur.

İranın Çindəki səfiri Məhəmməd Keşavərzzadə deyir: 

M.M: Bir çox ölkə Çin ilə müqavilə bağlamaqda maraqlıdır, çünki Çin çox yüksək iqtisadi potensiala malikdir. İran-Çin münasibətləri son iki ildə müxtəlif sahələrdə genişlənmişdir.

İranla Çin arasında əməkdaşlıq üçün yol xəritəsi hesab edilən 25 illik əməkdaşlıq planı bir müqavilə deyil, heç bir üçüncü tərəfə qarşı yönəlməyib və ya hər hansı bir ölkənin işinə müdaxilə etmir.

Çinli mütəxəssislər hesab edirlər ki, Asiyanın şərq və qərbindəki bu iki ölkə ortaq cəhətlərinə görə regionda böyük təsirə malik ola bilərlər. 

Bu sənəd 25 illik adlanır, ona görə ki, bu uzunmüddətli dövrdə iki ölkə arasında hərtərəfli əməkdaşlıq planlarının küliyyəti görünsün və izlənilsin.

Çinin Xarici İşlər Nazirliyinin mətbuat katibi Jau Lician deyib: 

M.M: Bu sənəd əsla konkret bir müqaviləni ehtiva etmir və heç bir üçüncü tərəfə qarşı yönəlməyib, Bu plan İran-Çin əməkdaşlıqlarının gələcəyi üçün əsas çərçivə təmin edir.

Tehranla Pekin arasında strateji tərəfdaşlıq müxtəlif sənaye, enerji, texnologiya, iqtisadi, regional və beynəlxalq sahələr üzrə uduş-uduş yanaşmasına əsaslanıb.

Teqlər