Apr 01, 2021 16:08 Asia/Baku
  • Öz vəzivəsinə əməl etməsi üçün növbə, 5+1-dir

İran İslam Respublikası prezidenti deyib: İran bütün öhdəliklərinə əməl edib və sülh ardıncadır, bu gün öz vəzivəsinə əməl etməsi üçün növbə, 5+1-dir.

SəhərAzəri xəbər verir ki, Həsən Ruhani İranın sənaye nazirliyinin milli layihələrinin istifadəyə verilməsi mərasimində sonra belə söyləyib: Əxlaqi, siyasi və tarixi cəhətlərdən İran xalqı üçün ən böyük fəxrdir ki, qarşı tərəfin öz öhdəliklərindən çıxaraq, onları tapdamasına rəğmən, biz bir il səbr etdik, 1397-ci günəş ilindən 1398-ci günəş ilinin ordibeheşt ayınadək səbr etdik və o zamandan sonra öz öhdəliklərimizi azaltmağa başladıq.

Ruhani deyib: Bu gün Amerikanın əvvəl danışıqlara başlamalı və ya İranın bu işi görməli olduğunu deyənlər bu cəhətə diqqət yetirməlidirlər ki, biz bir il təkbaşına nüvə anlaşmasının yükünü çiynimizdə daşıdıq və sonrakı iki ildə də nüvə anlaşmasının başlıca ağırlığı İranın çiyni üzərində idi.

İran İslam Respublikası prezidenti sonra deyib: Böyük İran xalqı dünyaya göstərdi ki, siyasi, hüquqi və əxlaqi cəhətlərdən öz öhdəliklərinə əməl edir, sülh ardıncadır və sülhsevər nüvə fəaliyyətinə malikdir.

Ruhani vurğulayıb: Amerika və Avropa bilsinlər ki, hər bir gün təxir onların zərərinədir və onlar hər bir gün tez şəkildə BMT Təhlükəsizlik Şurasının 2231 saylı qətnaməsi, qayda və qanunlar qarşısında baş əyərlər, İran xalqının əzəməti qarşısında təvazökarlıq edərlərsə, bu, onların və dünya xalqlarının xeyrinə olacaq.

İran İslam Respublikası prezidenti daha sonra deyib: İslam İnqilabının Böyük Rəhbəri açıq şəkildə bildirdilər ki, əgər Amerika öz sanksiyalarını götürərsə, biz bütün öhdəliklərimizə geri dönəcəyik, yəni region və dünya üçün bir uduş-uduş parametri. Lakin amerikalılar bu son dərəcə yaxşı şəraiti dərk etmədilər və bu qızıl fürsətdən istifadə edə bilmədilər. Bu gün-sabah edirlər və əlimizdə olan məlumatlar göstərir ki, Amerikanın bu yeni hökuməti də İran reallığından çox uzaqdır.

Teqlər