Asiyanın şərqində İran yeməklərinin göstərilməsi
Malayziya mediaları ilk dəfə olaraq, cənub-şərqi Asiyada İranın ənənəvi yeməkləri festivalını işıqlandırıblar.
SəhərAzəri xəbər verir ki, bu bir neçə irqli ölkədə malayziyalıların maraq göstərdikləri İranın dadlı-tamlı yeməklərindən ibarət çeşidli bir festival.
Mirza Qasemi yeməyindən tutmuş Mərsə-plova və fisincanadək olan yerli və məclis yeməkləri, həmçinin yaraşıqlı bəzək deserlərinədək.
Bu çox tərəfdarı olan yeməklər Malayziyanın müxtəlif medialarının münasib işıqlandırmaları və rəğbəti, həmçinin cənub-şərqi Asiyada tanınmış baş aşpazın iştirakı ilə ən yaxşı formada təqdim olundular.
Qeyd olunan məşhur baş aşpazın Malayziyanın sosial şəbəkələrində bir milyondan çox tərəfdarı var. O, həm də Malayziyada bir televiziya aparıcısı və aktyordur:
"İran yeməkləri olduqca böyük zövq və zəhmətlə bişirilir və çox dadlıdırlar. Əgər ümrə həccinə getmiş olsanız, malayziyalıların İran yeməyi almaq üçün növbəyə qaldıqlarını görərsiniz".
İran səfirliyinin təşəbbüsü, həmçiknin Malayziyanın tanınmış şəxsiyyətləri, turizm rəsmiləri və mediaların dəvət olunmaları ilə keçirilən festival səbəb oldu ki, İranın ənənəvi yeməkləri cənub-şərqi Asiya bölgəsində mühüm turizm cazibələrindən biri kimi ad çıxarsın.
İranın Malayziyadakı səfiri Əli Əsğər Mohəmmədi IRIB müxbiri ilə müsahibədə belə qeyd edib: "Bu cür tədbirlərin özü də korona böhranına görə, bir il fasilədən sonra İran və Malayziya xalqlarının əlaqələrinin xüsusən turizm sahəsində möhkəmlənməsinə səbəb olacaq".
Malayziya yemək festivalında İranın ənənəvi yeməkləri ilk dəfə olaraq cənub-şərqi Asiyada tanınmış baş aşpaz- cənab Çef Uan tərəfindən əla qiymətləndirilib və malayziyalılar tərəfindən böyük rəğbətlə qarşılanıbdır.