ƏMTP barədə müzakirələr 6 Apreldə Viyanada başlayır
İranlı və Avropalı səlahiyyətlilər, İran nüvə razılaşması olaraq adlanan Əhatəli Müştərək Təşəbbüs Proqramı (ƏMTP) barədə yenidən müzakirə üzrə, 6 Aprel Çərşənbə axşamı günü Avstriyanın paytaxtı Viyanada bir araya gəlinəcəyini bidirdilər. Yığıncaqda ABŞ-lı və İranlı səlahiyyətlilərin də olacağı ancaq iki tərəf arasında birbaşa müzakirənin reallaşmayacağı ifadə edildi.
SəhərAzəri xəbər verir ki,İran, Çin, Rusiya, Fransa, Almaniya və İngiltərə arasında bu gün reallaşdırılan müzakirədə, ABŞ-ın anlaşmaya geri dönmə ehtimalı və bunun bütün tərəflər tərəfindən təsirli bir şəkildə necə tətbiq olunacağı müzakirə edildi.
2015də imzalanan nüvə razılaşmanın tərəfləri olaraq həmin ölkələrin, 6 Aprel tarixində Viyanada bir müzakirə daha reallaşdıracağı bildirildi.
Müzakirədə yüksək səviyyə müzakirəçilərdən biri olan İran Xarici işlər nazirin Köməkçisi Abbas İraqçı, İran televiziyasına verdiyi bildirişdə, iştirakçıların 'açıq və ciddi' müzakirələrin ardından Çərşənbə axşamı günü Viyanada üz-üzə görüşməni qəbul etdiklərini söylədi.
Həmin müzakirənin iki Avropalı diplomatik qaynaq da təsdiqlədi. Avropalı bir diplomatik qaynaq, "İran və ABŞ eyni şəhərdə olacaq ancaq eyni otaqda olmayacaq" şərhini verərkən, Qərbli bir diplomat isə müzakirələrdə 'mekik diplomatiyası' yanaşmasının mənimsənəcəyini söylədi.