Ruhani: İranın milli iqtidarı qürur qaynağıdır
Prezident Həsən Ruhani, İran İslam Respublikasının milli iqtidarının çox əhəmiyyətli və qürur qaynağı olduğunu vurğuladı.
SəhərAzəri xəbər verir ki,Şənbə günü Koronavirus epidemiyası ilə milli mübarizə mərkəzinin iclasında danışan İran İslam Respublikasının prezidenti Ruhani, bütün mərhələlərdə və harada bir problemın ortaya çıxışdırsa, ölkənin milli iqtidarı çox əhəmiyyətli və qürur verici bir güc olduğunu ifadə etdi.
Ruhani belə davam etdi:
Nə vaxt İran milləti əlbir olmağa qərar verdisə, problemlərə qarşı var gücü ilə müqavimət göstərdi və müvəffəq də oldu və problemlərin öhdəsindən gələ bildi.
İran hökümətinin ən əhəmiyyətli prioritetlərindən birinin Korona virus pandemisi ilə mübarizə olduğunu ifadə edən dövlət başçısı Ruhani, hökumet olaraq bu şum virusu məhv etmək və nəzarət altına almaq üçün səy göstərdiklərini ifadə etdi.
Ruhani, gələcək dörd ayda da Korona virus ilə mübarizə, iqtisadi sanksiyaları qaldırma, xalqın dolanışığını yaxşılaşdırma və əhəmiyyətli iqtisadi proyektləri nəticələndirməkdən ibarət olan dörd təməl hədəfin təqibçisi olacaqlarını vurğuladı.