Apr 03, 2021 22:36 Asia/Baku
  •  Səid Xətibzadə: “Qəti siyasətimiz bütün sanksiyaların ləğv edilməsidir”

İran Xarici İşlər Nazirliyinin sözçüsü Səid Xətibzadə ABŞ dövlət katibinin köməkçisinin İrana tətbiq olunan sanksiyaların addım-addım ləğvi ilə bağlı açıqlamalarına reaksiya göstərərək, İslam Respublikasının qəti siyasətinin bütün sanksiyaları ləğv etmək olduğunu vurğulayıb.

SəhərAzərinin verdiyi xəbərə görə İran Xarici İşlər Nazirliyinin sözçüsü Səid Xətibzadə Press TV-yə eksklüziv müsahibəsində İran İslam Respublikasının sanksiyaların addım-addım qaldırılması planını rədd etdiyini bildirib: “Dəfələrlə açıqlandığı kimi, addım-addım qaldırılma nəzərə alınmır. İran İslam Respublikasının qəti siyasəti bütün sanksiyaların ləğvidir. İstər Trampın JCPOA-dan çıxdıqdan sonra yenidən tətbiq etdiyi sanksiyalar, istərsə də onun başlatdığı sanksiyalar və digər hər hansı bir başlıq altında tətbiq olunan sanksiyalar olsun. Bunlar hamısı ləğv edilməlidir”.

 

Teqlər