Apr 03, 2021 23:11 Asia/Baku
  • Düşmənlərin hərəkətləri İran sərhədlərindən kənarda izlənilir

İran İslam Respublikası Ordusunun hava hücumundan müdafiə qüvvələrinin komandanı deyib ki, düşmənlərin hərəkətləri İran sərhədlərindən kənarda izlənilir.

SəhərAzəri xəbər verir ki, Briqada generalı Əlireza Səbbahifərd bildirib ki, İran İslam Respublikası Ordusunun hava hücumundan müdafiə qüvvələri bu gün dünyanın müasir elm və texnologiyası üzrə hərəkət edir və modern təchizat və sistemlərdən bəhrələnir.

O, sonra deyib: Bu qüvvələr bu gün İran səmasını izləyib qorumaqla yanaşı, düşmənlərin hərəkətlərini ölkə sərhədlərindən kənarda izləmək imkanına malikdir.

İran İslam Respublikası Ordusunun hava hücumundan müdafiə qüvvələrinin komandanı daha sonra deyib: Bu gün hava hücumundan müdafiə üzrə bütün sahələrdə nəzərəçarpacaq irəliləyişlərə nail ola bilmişik.

O, həmçinin belə qeyd edib: Bu gün elə bir mövqeyə nail olmuşuq ki, hər bir uçuş və radar səviyyəsində olursa-olsun, hər hansı uçan aparat bizim üçün kəşf, aşkar və məhv ediləsidir.

Teqlər