Apr 04, 2021 19:17 Asia/Baku
  • İŞM: Zalımcasına sanksiyaların hamısı birdən qaldırılmalıdır

İran İslami Şura Məclisinin (İŞM) nümayəndələri bu gün ortaq bir bəyanat qəbul edərək zalımcasına sanksiyaların hamısının birdən qaldırılmasının lazım olduğuna təkid etdilər.

SəhərAzəri xəbər verir ki,İslami Şura Məclisi üzvləri ortaq bəyanatda İran İslam Respublikasının qəti siyasətinin nüvə razılaşmanın bütün tərəflərinin öz öhdəçiliklərini yerinə yetirməyə məcbur etmək və sanksiyaların qalması halında onu təsirsizləşdirmək və iqtisadiyyatı gücləndirmək olduğunu vurğuladılar.

bəyanatda İslam İnqilabı Rəhbəri başda olmaq üzrə İranın yüksək  səviyyəli səlahiyyətlilərinin bildirdiyi kimi sanksiyaların tamamilə qaldırılması və bunun doğruluğu təsdiqləndikdən sonra hökumətin məclisə bu məzmunda siyasi və texniki hesabat təqdim etməsi lazım olduğu deklare edilərək məclisin təsdiqindən sonra ABŞ-ın razılaşmaya dönə biləcəyi qeyd edildi.

 

Teqlər