Apr 07, 2021 16:14 Asia/Baku
  • Salehi:

İranın Atom Enerjisi təşkilatının sədri deyib: "Bu gün İranın uran zənginləşdirmə gücü 16 min 500 SWU-dur, hal bu ki, 8 il əvvəl bu rəqəm 13 min SWU idi.

SəhərAzəri xəbər verir ki, Əli Əkbər Salehi əlavə edib: "İranın nüvə nailiyyətlərinin sərgisi İran İslam Respublikası prezidentinin iştirakı ilə aprelin 10-da keçiriləcək və 133 nailiyyət nümayiş etdiriləcək.

O, əlavə edib: "Bir neçə radioaktiv dərman təqdim ediləcək, bir milyon insan çətin müalisə olunan xəstəliklərdən əziyyət çəkirlər, İranın Atom Enerjisi Təşkilatı onların dərmanlarını təmin edir və hər il bu nailiyyətlərə daha da əlavə olunur".

Salehi deyib: "Əlbürz vilayətində çətin müalicə olunan və xərçəng xəstəlikləri üçün İon Terapiyası Mərkəzinin yaradılması bu nailiyyətlərdən biridir ki, bu mərkəz üçün 200 milyon avroluq təchizat alınıb və yaxın üç ildə istifadəyə veriləcək, Bu xəstəxana dünyada bu qəbildən olan altıncı xəstəxanadır və dövlət vəsaitindən istifadə edilmədən banklar tərəfindən maliyyələşdirilib".

Teqlər