Kəmalvəndi: Ərak reaktoru soyuq testə hazır olur
İranın atom enerjisi təşkilatının sözçüsü Behruz Kəmalvəndi, Ərak nüvə reaktoru soyuq testə hazır olduğun bildirdi.
SəhərAzəri xəbər verir ki,müxbirlərə mövzu haqqında müsahibə verən Kəmalvəndi, bu ilin ortalarında Ərak nüvə reaktorunde soyuq test ediləcəyini elan etdi.
Kəmalvəndi, İran atom enerjisi təşkilatının İslami Şura Məclisi sanksiyaları qaldırma strateji tədbir layihə qanununu çıxardıqdan sonra hərəkətə keçdiyini və təşkilatla əlaqədar bütün maddələri bir-bir tətbiqə başladığını ifadə etdi.
İran atom enerjisi təşkilatının Sözçüi Kəmalvəndi, sanksiyaları qaldırma strateji hərəkət planı qanunu çıxarıldıqdan sonra ilk maddə yüzdə 20 zənginləşdirilmiş uran miqdarını artırmaqla əlaqədar olduğunu və bunu reallaşdırdıqlarını, bu anda anbarlanan uran miqdarı 55 kiloqrama çatdığını ifadə etdi.
Qanunun təxminən bir yarım ay əvvəl qüvvəyə mindiyini qeyd edən Kəmalvəndi, qanunun əhəmiyyətli bir maddəsi yüzdə 20 zənginləşdirilən uran miqdarını 120 kq səviyyəsinə çıxarmaq olduğunu, İran atom enerjisi təşkilatı olaraq bu məzmunda dərhal lazımlı işlər başladıldığını və zənginləşdirmənin sürətləndirilməsini, zənginləşdirmə təsislərində qurulan yeni santrifuqaların sayəsində zənginləşdirmə sürətləndiyini və nüvə anlaşmasından əvvəlki səviyyədən çox yuksək olduğunu bildirdi.
İran və Çin arasında nüvə əməkdaşlıq mövzusuna da işarə edən Kəmalvəndi, iki ölkənin bir çox ortaq layihəni icra edə biləcəyini, İran və Çin tərəfindən imzalanan 25 illik strateji əməkdaşlıq sənədində də bu mövzuya yer verdiyini vurğuladı.