Nüvə Anlaşması üzrə Ortaq Komissiyanın yığıncağı bu gün davam edəcək
https://azeri.sahartv.ir/news/İran-i375526-nüvə_anlaşması_üzrə_ortaq_komissiyanın_yığıncağı_bu_gün_davam_edəcək
Avropa Birliyi (AB) Cümə axşamı günü verdiyi açıqlamada , Ortaq Komissiyanın bir sonrakı yığıncağının 9 Apreldə Vyavada əyani şəkildə davam edəcəyini bildirdi.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Apr 09, 2021 05:11 Asia/Baku
  • Nüvə Anlaşması üzrə Ortaq Komissiyanın yığıncağı bu gün davam edəcək

Avropa Birliyi (AB) Cümə axşamı günü verdiyi açıqlamada , Ortaq Komissiyanın bir sonrakı yığıncağının 9 Apreldə Vyavada əyani şəkildə davam edəcəyini bildirdi.

SəhərAzərinin İRNA-ya istinadən verdiyi xəbərə görə, AB Xarici Xidmətinin internet saytında nəşr olunan açıqlamada, yığıncağın İran və 4+1 qrupu xarici işlər nazirinin köməkçiləri və siyasi  direktorları səviyyəsində yerli vaxtla saat 10da təşkil olunacağı elan edildi.

Yığıncağa AB Xarici tədbir Xidməti baş katibinin  köməkçisi Enrikə Mora  başçılıq edəcək.

AB-in açıqlamasına görə, iştirakçıların, ABŞ-ın nüvə anlaşmasına mümkün dönüşü məqsədi ilə son bir neçə gün içində ekspertlər səviyyəsi  də daxil olmaq üzrə müxtəlif səviyyələrdəki müzakirə və məsləhətləşmələrin  gedişini nəzərdən keçirmələri gözlənilir.

Ortaq Komissiyanın 2 Aprel Cümə günü başlayan 18. iclası, 6 aprel çərşənbə axşamı günü Vyavada tərəflərin şəxsən qatılmaları ila yenidən başladı.

İran heyətinə İran Xarici işlərnazirinin  Köməkçisi Seyyid Abbas İraqçı başçılıq edir.

 

Müzakirəçilərin anlaşmasına görə, iki mütəxəssis qrupun sanksiyaların qaldırılmasıyla əlaqədar mövzuların texniki istiqamətlərini və detallarını araşdırmaları  və nəticəsi barədə Komissiyaya hesabat vermələrinə qərar verildi.