Vyanada ƏMTP-nın Birgə Komissiyasının iclası işə başladı
https://azeri.sahartv.ir/news/İran-i375546-vyanada_Əmtp_nın_birgə_komissiyasının_iclası_işə_başladı
Əhatəli Müştərək Təşəbbüs Proqramının (ƏMTP) Birgə Komissiyasının iclası, sanksiyalar və nüvə sahəsində işçi qrupların arasındakı danışıqların nəticələrini müzakirə etmək üçün Avstriyanın paytaxtı Vyanada işə başladı.
(last modified 2024-06-22T21:55:02+00:00 )
Apr 09, 2021 10:38 Asia/Baku
  • Vyanada ƏMTP-nın Birgə Komissiyasının iclası işə başladı

Əhatəli Müştərək Təşəbbüs Proqramının (ƏMTP) Birgə Komissiyasının iclası, sanksiyalar və nüvə sahəsində işçi qrupların arasındakı danışıqların nəticələrini müzakirə etmək üçün Avstriyanın paytaxtı Vyanada işə başladı.

SəhərAzəri xəbər verir ki, ƏMTP-nın Birgə Komissiyasının iclası bu gün (cümə) Tehran vaxtı ilə günorta saatlarında İran، Çin، Fransa، Almaniya، Rusiya və İngiltərə nümayəndələrinin iştirakı ilə işə başlayıb.

ƏMTP-nın Birgə Komissiyasının 4 aprel cümə günü Video Konfrans formatında başlayan 18-ci iclası, üzvlərin qərarı ilə 7 aprel çərşənbə axşamı işçi qrupların iştirakı ilə Vyanada davam etdi.

İştirakçı heyətlərin qərarı əsasında ABŞ sanksiyalarını ləğv etmək və İranın görməli olduğu tədbirləri üçün iki işçi qrupu yaradıldı və bu qruplar üzv ölkələrin iştirakı ilə bu sahədə görüləcək fəaliyyətləri tənzimləyirlər.