Apr 10, 2021 15:52 Asia/Baku
  • İranın istəyi, nüvə anlaşması modelinə dəqiq qayıdışdır

İran xarici işlər nazirinin siyasi müavini dünən gecə vurğulayıb ki, İranın istəyi, nüvə anlaşması modelinə dəqiq qayıdışdır.

SəhərAzəri xəbər verir ki, İran xarici işlər nazirinin siyasi müavini  deyib ki, sanksiyaların götürülməsi məsələsində İran məntiqli və möhkəm mövqeyə malikdir.

Seyyed Əbbas Əraqçi Vyana müzakirələrinin nəticələri ilə bağlı Press TV ilə müsahibəsində belə qeyd edib: İndiyədək çatdığımız nəticə budur ki, düzgün istiqamətdəyik.

Əraqçi bildirib ki, «sanksiyalar» və «İranın addımları» kimi hər iki işçi qrupunun səyləri yaxşı olub.

O, sonra deyib: Bəhslərin, xüsusən mürəkkəb bir məsələ olan sanksiyların aradan qaldırılması məsələsində davam etməsi zərurət daşımaqda davam edir.

İran xarici işlər nazirinin siyasi müavini İranın, bütün sanksiyaların götürülməsinə dair məntiqli tələbinə işarə edib və belə söyləyib: İranın mövqeyi budur ki, istər Trampın dövründə icbar edilmiş, istərsə də nüvə anlaşmasında qeyd olunan bütün sanksiyalar aradan götürülməlidir və amerikalıların özləri yaxşı bilirlər ki, nə etməlidirlər.

Cümə günü, çərşənbə axşamı günündən Vyanada bərpa edilmiş nüvə anlaşmasının birgə komissiyasının 18-ci yığıncağının ikinci əyani iclası keirildi.

«Sanksiyaların ləğvi» və «nüvə» ekspert qruplarının iclaslarında aparılmış texniki məşvərətlər barədə hesabatın təqdim olunması bu iclasın ən mühüm iş gündəmi olubdur.

Avropa Birliyinin nümayəndələri ekspert iclaslarının koordinatorları kimi İran ilə dörd üstəgəl bir qrupu ölkələri arasındakı ekspert məşvərətlərinin nəticəsini birgə komissiyanın üzvlərinə məlumat verdilər.

İran xarici işlər nazirinin siyasi müavini və nüvə anlaşması üzrə birgə komissiyanın iclasında iranlı heyətə başçılıq edən Seyyed Əbbas Əraqçi bu iclasda İran İslam Respublikasının ciddi anlaşmaların davam etməsinə dair iradəsinə təkid edərək, deyib: Bu məsələ, qarşı tərəflərdə ciddiliyin və siyasi iradənin müşahidə olunmasından asılıdır və əks təqdirdə, müzakirələrin davam etdirilməsi üçün bir dəlil olmayacaq.

Vaşinqton Donald Trampın prezidentliyi dövründə, 2018-ci ilin mayında birtərəfli və qanunsuz şəkildə nüvə anlaşmasından çıxdı və ondan sonra nüvə sanksiyalarını geri qaytarmaqdan əlavə, Tehrana qarşı digər geniş sanksiyalar da tətbiq etdi.

Amma Amerikanın yeni prezidenti Co Bayden Birləşmiş Ştatları bu anlaşmaya geri qaytarmağa təmayül göstəribdir.

Bununla belə, indiyədək Bayden hökuməti tərəfindən nüvə anlaşmasına qayıdış üzrə heç bir real addım atılmayıbdır.

Teqlər