Apr 11, 2021 12:56 Asia/Baku
  • Sionist rejimə qarşı İslam dünyasının vəhdəti  vurğulandı

Beynəlxalq İslami Məzhəblər Təqrib Təşkilatının baş katibi Höccətül-İslam Həmid Şəhriyari, sionist İsrailin yeni sui-qəsdlərinə qarşı mübarizə üçün İslam dünyasının vəhdətinə vurğu etdi.

SəhərAzəri xəbər verir ki,Beynəlxalq İslami Məzhəblər Təqrib Təşkilatının baş katibi  Höccətül-İslam Həmid Şəhriyari, sionist İsrailin yeni sui-qəsdlərinə qarşı mübarizə üçün İslam dünyasının vəhdətinə vurğu etdi.

Beynəlxalq İslami Məzhəblər Təqrib Təşkilatı başkatibi Höccətül-İslam Şəhriyari İraqın Üləma Camaatı Başçısı Şeyx Xalid Molla ilə görüşdə, quldur İsrailin İslam ümməti və İslami dəyərlərə qarşı sui-qəsdlərinə işarələ belə dedi:

İslam dünyası ciddi təhlükələrlə qarşı-qarşıyadır; bu təhlükələri aradan qaldırmaq və problemləri həll etmək üçün başda müsəlman üləma olmaq üzrə bütün müsəlmanların vəhdəti və əməkdaşlığı və yardımlaşmaları lazımdır.

Görüşdə İraqlı alim Şeyx Molla da İraqda ayrılıq yaratmağı, düşmənlərin sui-qəsdlərindən biri olduğunu ifadə edərək belə dedi:

İslam İnqilabının böyük rəhbəri HZ. Ayətullahul-Üzma Xameneinin də dəfələrlə vurğuladığı üzrə bu gün hər zamankindən daha çox İslami məzhəblərin yaxınlaşmasına və İslam ümmətinin vəhdətinə ehtiyacımız var.

Sionist İsrail və Amerikanın İslam ümməti arasında ayrılıq yaratmaq üçün bütün səylərini xərclədiyini deyən Şeyx Molla, İslami vəhdətin müsəlmanların ən güclü silahı olduğunu vurğuladı.

Beynəlxalq İslami Məzhəblər Təqrib Təşkilatı baş katibi Höccətül-İslam Şəhriyari İraqın “Darül-Əfta” Başçısı Şeyx Mehdi Səmidəi ilə görüşüdə İslami məzhəblərin yaxınlaşmasının İslam dünyasını gücləndirəcək və Amerika kimi istikbar dövlətlərinin çöküşünü sürətləndirəcək bir strategiya olduğunu ifadə etdi.

İraqlı alim Şeyx Səmidəi də İran İslam Respublikasının dünya və İraq Əhli Sünnəsi ilə yaxşı münasibətinin bir çox fitnəni aradan qaldırdığını ifadə edərək, İranın Əhli Sünnə ilə münasibəti və İŞİD ilə mübarizə etməsi və İraqda bir çox fitnəni aradan qaldırmasının çox əhəmiyyətli olduğunu qeyd etdi.

 

 

 

Teqlər