Apr 11, 2021 13:05 Asia/Baku
  • Nətənz nüvə təsisatının elektrik şəbəkəsində qəza

İran Atom Enerjisi Təşkilatının Sözçüsü Behruz Kamalvəndi, Nətənz nüvə təsisatının elektrik şəbəkəsində bir nasazlıq baş verdiyini açıqladı.

SəhərAzəri xəbər verir ki,İran Atom Enerjisi Təşkilatı Sözçüsü Kamalvəndi, Bazar günü Nətənzin Şəhid Əhmədi Roşən zənginləşdirmə təsisatının elektrik şəbəkəsində bir qəza meydana gəldiyini, hadisənin araşdırıldığını elan etdi.

Kamalvəndi, bu hadisədə kimsənin yaralanmasına və ya nüvə sızıntıya səbəb olmadığını qeyd etdi.

Hadisə araşdırıldığını qeyd edən Kamalvəndi, araşdırmanın nəticələri haqqında daha sonra məlumat veriləcəyini  ifadə etdi.

 

 

Teqlər